9 C
Baku
Tuesday, December 24, 2024

Baş nazir yeni təqaüdün təsis edilməsi ilə bağlı sərəncam imzaladı

Baş nazir Əli Əsədov “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli 3940 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, sərəncama əsasən, Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər