12 C
Baku
Monday, November 18, 2024

“Caspel” İT şirkəti ötən ili mənfəətlə başa vurub

“Caspel” MMC 2022-ci ili 835 min manat mənfəətlə başa vurub. 2021-ci ildə isə MMC 667 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 25.2% çoxdur.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Caspel” MMC-nin əsas əməliyyat gəliri 15 milyon 568 min manat (əvvəlki ilə nisbətən 41% çox), satışın maya dəyəri isə 5 milyon 910 min manat (31% çox) təşkil edib.

2022-ci ildə “Caspel” MMC-nin cəmi aktivləri 9 milyon 679 min manatdan 14 milyon 335 min manata, cəmi öhdəlikləri 8 milyon 566 min manatdan 12 milyon 363 min manata, cəmi kapitalı isə 1 milyon 113 min manatdan 1 milyon 972 min manata çatıb.

Qeyd edək ki, “Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.

c1 1 c2 1

Son xəbərlər
Digər xəbərlər