Dövlət Radiotezliklər İdarəsinin gəlirləri əsasən radiotezliklərdən istifadəyə görə formalaşır və 2022-ci ildə əsas fəaliyyətdən gəlirlər 2021-ci illə müqayisədə 14% artaraq 17.7 milyon manata çatıb.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
İdarənin xərclərində isə azalma baş vermişdir. Belə ki, ümumilikdə 2022-ci ildə çəkilmiş xərclər 2021-ci ilə nisbətdə 1 milyon manat azalaraq 8.3 milyon manat olub.
Nəticədə 2022-ci ildə İdarə mənfəətini 80% artırmış və 7.8 milyon manat mənfəət əldə etmişdir ki, bu da ötən illə müqayisədə 3.5 milyon manat çoxdur.
2022-ci ildə İdarənin əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri 2021-ci illə müqayisədə 2 dəfədən çox artaraq 14.4 milyon manat təşkil edib. Həmin məbləğ 2021-ci ildə 6.3 milyon manat olub.