10 C
Baku
Thursday, December 12, 2024

Bayden-Ərdoğan görüşünün detalları açıqlanıb

ABŞ və Türkiyə prezidentləri – Cozef Baydenlə Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən görüşdə Ukrayna və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.

Bu barədə Ağ Ev məlumat yayıb.

“Onlar qarşılıqlı maraq doğuran regional məsələləri, o cümlədən Ukraynaya davamlı dəstəyi və Egey dənizində sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər”, – məlumatda vurğulanır.

Qeyd olunur ki, Bayden və Ərdoğan müdafiə və iqtisadi prioritetlər barədə də fikir mübadiləsi aparıblar.

Bir gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin alyansa qoşulmaq üçün müraciətini Türkiyə parlamentində səsverməyə göndərməyə razılaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər