“ABB” ASC 2023-cü ilin ilk 6 ayını (yanvar-iyun) 164 milyon 38 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövrünü bank 118 milyon 417 min manat xalis mənfəətlə bağlayıb.
Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu ilin yanvar-iyun aylarında “ABB”nın cəmi gəlirləri 469 milyon 165 min manat, cəmi xərcləri isə 224 milyon 571 min manat təşkil edib.
2023-cü ilin iyulun 1-nə ABB-nin aktivləri 11 milyard 749 milyon manat olub. Bunun 4 milyard 188 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2-ci rübdə Bankın kredit portfeli 19% böyüyüb.
Hesabat dövründə bankın cəmi öhdəlikləri 9 milyard 964 milyon manat, depozit portfeli 8 milyard 525 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 2 milyard 19 milyon manat, hüquqi şəxslərin depozitləri 6 milyard 506 milyon manat, cəmi kapitalı isə 1 milyard 786 milyon manat təşkil edib.