6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bu şəxslərə 435 manat müavinət veriləcək

Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni müavinət növləri təsis edilib.

Belə ki, Himayədar ailəyə verilmiş uşağa görə müavinətlər belə olacaq: – 0-6 yaş arası uşağa görə – 355 manat, 7-13 yaş arası uşağa görə – 375 manat, 14-18 yaş arası uşağa görə – 395 manat;

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

– 0-6 yaş arası uşağa görə – 395 manat, 7-13 yaş arası uşağa görə – 415 manat, 14-18 yaş arası uşağa görə – 435 manat.

Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.

Son xəbərlər
Digər xəbərlər