2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın 17 milyard 968 milyon dollarlıq ixracın 16 milyard 195 milyon dolları və ya 90.13%-i neft-qaz sektoruna daxil olan mallar üzrə olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 6 ayında 7 milyard 803 milyon dollarlıq xam neft, 8 milyard 029 milyon dollarlıq təbii qaz ixrac edilib.
Ötən ilin eyni dövründə 9 milyard 361 milyon dollarlıq xam neft, 7 milyard 440 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, gəlirlər xam neft ixracından 17% azalıb, təbii qaz ixracından isə 8% artıb.