13 C
Baku
Saturday, November 23, 2024

Kürdə suyun səviyyəsi yenidən aşağı düşüb

Son illərdə Kür çayında suyun səviyyəsinin aşağı düşməsi tez-tez müşahidə edilir. Hazırda Kürün aşağı axın hissəsi, yəni Salyan və Neftçala rayonlarında demək olar ki, suyun səviyyəsi minimuma düşüb.

çKür çayının aşağı axın hissəsində suyun ilbəil azalmasına görə çay yatağında adalar, yarımadalar əmələ gəlib, su nasoslarının tam gücü ilə işləməsində müəyyən çətinliklər yaranıb.

Mütəxəssislərin fikrincə, çayda suyun səviyyəsinin aşağı düşməsi, eyni zamanda, ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Kürdə yaranmış indiki vəziyyətlə bağlı hər hansı bir qabaqlayıcı tədbirlər görülməzsə, bu, gələcəkdə daha böyük problemlərə səbəb ola bilər.

Qeyd edək ki, iyun ayında ölkə çaylarında gursululuq dövrü olduğundan, həm də qeyri-sabit hava şəraiti ilə əlaqədar Kürdə suyun səviyyəsi artmışdı. Lakin hazırda çayda suyun səviyyəsi yenidən kəskin azalıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər