14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Honkonqla ikiqat vergitutmanı aradan qaldırmaq istəyir

İyulun 11-13-də Çinin Honkonq şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqların birinci raundu keçirilib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan tərəfdən danışıqlarda qurumun və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi iştirak ediblər. Honkonq tərəfdən isə Daxili Gəlirlər Departamentinin səlahiyyətli şəxsləri danışıqlara qatılıb.

Müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutma ilə bağlı bütün müddəaları üzrə tam razılıq əldə olunub, açıq qalan digər maddələrin razılaşdırılması istiqamətində qarşılıqlı olaraq müvafiq işlərin aparılacağı qərara alınıb. Sonda tərəflər razılaşdırılmış məsələlərlə bağlı sənəd imzalayıblar.

Son xəbərlər
Digər xəbərlər