“Rabitəbank” ASC-nin xalis mənfəəti iki dəfə artaraq 10.38 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə bankın 2023-cü ilin ikinci rübünə olan maliyyə hesabatında deyilir.
“Rabitəbank” ASC-nin faiz gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10.52 mln. manat və ya 33% artaraq 42.1 mln. manata yüksələrkən qeyr-faiz gəlirləri 1% azalaraq 22.19 mln. manata düşüb.
Faiz xərclərinin həcmi illik müqayisədə 52% artaraq 13.51 mln. manat, qeyri-faiz xərcləri isə 15% artaraq 39.9 mln. manata yüksəlib.
Əməliyyat gəlir və xərcləri fərqindən bankın 10.89 mln. manat əməliyyat mənfəəti yaranıb. 2022-ci ildə 10.3 mln. manat əməliyyat mənfəəti əldə etmişdi.
Bankın böyük həcmdə xalis mənfəət etməsini dəstəkləyən əsas amil, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların öncəki ilin ilk 6 ayında 5.14 mln. manat olduğu halda, 2023-cü ilin müvafiq dövründə 0.51 mln. manatdan aşağı olmasıdır.
1 iyul 2023-cü il tarixinə bankın balansında 1.24 mln. manat bölüşdürülməmiş mənfəət yaranıb.
30/06/2023 | 30/06/2022 | ||
1 | Faiz gəlirləri: | 42,105 | 31,580 |
1.1 | Müştərilərə verilmiş kreditlər | 37,153 | 27,892 |
1.2 | Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri | 362 | 188 |
1.3 | Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri | 1,486 | 191 |
1.4 | Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri | 3,085 | 3,308 |
1.5 | Digər faiz gəlirləri | 19 | 2 |
2 | Faiz xərcləri: | 13,512 | 8,868 |
2.1 | Depozitlər üzrə faizlər | 7,344 | 4,437 |
2.2 | Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri | 1 | 2 |
2.3 | Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər | 1,279 | 495 |
2.4 | Pul bazarı alətlərinə ödənilən faizlər | 116 | 34 |
2.5 | Qiymətli kağızlar üzrə faizlər | 0 | 0 |
2.6 | Digər faiz xərcləri | 4,772 | 3,901 |
3 | Xalis faiz gəliri(zərəri) | 28,593 | 22,712 |
4 | Qeyri-faiz gəlirləri: | 22,195 | 22,346 |
4.1 | Alınan haqq və kommisiya gəliri | 17,148 | 15,495 |
4.2 | Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla | 1,821 | 3,576 |
4.3 | Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər | 8 | 6 |
4.4 | Digər gəlirlər | 3,218 | 3,269 |
5 | Qeyri-faiz xərcləri: | 39,901 | 34,760 |
5.1 | Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər | 11,971 | 10,300 |
5.2 | Ümumi və inzibati xərclər | 19,634 | 16,784 |
5.3 | Amortizasiya xərcləri | 3,594 | 3,235 |
5.4 | Digər xərclər | 4,702 | 4,441 |
6 | (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar) | 506 | 5,137 |
7 | Mənfəət vergisindən əvvəlki mənfəət(zərər) | 10,382 | 5,160.79 |
8 | Mənfəət vergisi | 0 | 0 |
9 | Dövr üzrə xalis mənfəət | 10,382 | 5,161 |
Maliyyə vəziyyəti haqqında hesabat | |||
min manatla | |||
30/06/2023 | 31/12/2022 | ||
1 | Aktivlər: | 1,025,467 | 954,990 |
1.1 | Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait | 162,933 | 122,363 |
1.2 | Ticarət və investisiya qiymətli kağızları | 96,177 | 117,919 |
1.3 | Banklar və digər maliyyə institutlarındakı depozitlər | 0 | 8,500 |
1.4 | Banklar və digər maliyyə institutlarına verilən kreditlər | 27,355 | 45,157 |
1.5 | Müştərilərə verilmiş kreditlər | 681,771 | 610,877 |
1.5.1 | a) istehlak kreditləri | 230,029 | 205,605 |
1.5.2 | b) biznes kreditləri | 333,624 | 305,404 |
1.5.3 | c) daşınmaz əmlak kreditləri | 118,118 | 99,868 |
1.5.4 | d) digər kreditlər | 0 | 0 |
1.5.5 | (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat) | 20,500 | 23,850 |
1.5.6 | Müştərilərə verilmiş kreditlər (xalis) | 661,271 | 587,027 |
1.6 | Əmlak və avadanlıqlar | 12,897 | 12,807 |
1.7 | Qeyri-maddi aktivlər | 768 | 834 |
1.8 | Təxirə salınmış vergi aktivləri | 0 | 0 |
1.9 | Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 0 | 0 |
1.10 | Digər aktivlər | 64,067 | 60,384 |
2 | Öhdəliklər: | 912,532 | 843,394 |
2.1 | Depozitlər | 611,588 | 607,004 |
2.1.1 | a) fiziki şəxslərin depozitləri | 356,362 | 317,032 |
2.1.2 | b) hüquqi şəxslərin depozitləri | 255,225 | 289,972 |
2.2 | Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər | 2,268 | 2,268 |
2.3 | Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər | 231,258 | 193,171 |
2.4 | Borc qiymətli kağızları | 15,015 | 0 |
2.5 | Cari vergi öhdəlikləri | 0 | 0 |
2.6 | Təxirə salınmış vergi öhdəliyi | 0 | 0 |
2.7 | Subordinasiya borc öhdəlikləri | 5,950 | 5,950 |
2.8 | Digər öhdəliklər | 46,453 | 35,001 |
3 | Kapital: | 112,935 | 111,596 |
3.1 | Səhmdar kapitalı | 101,300 | 101,300 |
3.2 | Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) | 0 | 0 |
3.3 | Bölüşdürülməmiş mənfəət | 1,241 | 859 |
3.4 | Ümumi ehtiyatlar: | 10,394 | 9,437 |
3.4.1 | a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar | 6,928 | 6,099 |
3.4.2 | b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar | 3,463 | 3,463 |
3.4.3 | c) digər ümumi ehtiyatlar | 3 | -125 |
4 | Cəmi öhdəliklər və kapital | 1,025,467 | 954,990 |