Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərin davam etdirilməsi yalnız İstanbul müqavilələri çərçivəsində nəticələr olduqda mümkündür.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin Rusiyanın Taxıl sazişində iştirakının dayandırılması ilə bağlı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası taxıl sazişinə xitam verildikdən sonra Afrika ölkələrinin narahatlığını başa düşür və bu narahatlıq otam nəzərə alınacaq: “Rusiya Taxıl sazişinin dayandırılmasının hiss olunmaması üçün hazırda Afrika ölkələri ilə təmasdadır. Rusiyanın Afrika ölkələrinə təmənnasız ərzaq tədarükü ilə bağlı öhdəlikləri yerinə yetiriləcək”, deyə rusiyalı diplomat vurğulayıb.
Verşinin Rusiya-Afrika sammiti zamanı ehtiyacı olan ölkələrin Moskvadan ərzaq ehtiyacları ilə bağlı təminat alacaqlarını da söyləyib.