10 C
Baku
Wednesday, December 11, 2024

Bu sürücülər üçün cərimələr 40 manat oldu

“Bəzi media resurslarında İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin yeddinci hissəsində “mövcud standartlara uyğun olmayan” sözlərinin çıxarılaraq, məcəllənin 342.1.3-cü maddəsinə əlavə edilməsi düzgün tirajlanmayıb”.

Bu fikirləri açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. O qeyd edib ki, standartlara uyğun olmayan nömrələr üçün cərimələr artırılmayıb: “Onlar üçün nəzərdə tutulmuş cərimə məbləği 40 manatdır. Bu, həmin məsələnin İnzibati  Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə keçirilməsi ilə müəyyənləşib.

Məcəllənin 342.7-ci maddəsində isə cərimə məbləği 60 manatdan 100 manata artırılmaqla, yalnız saxta nömrələrlə avtomobil idarə edən şəxslər üçün sanksiyalar müəyyən edilib”.

Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində standartlara uyğun olmayan nömrələrlə maşın sürənlərin 100 manat cərimə ediləcəyi haqqında məlumat yayılıb.

Son xəbərlər
Digər xəbərlər