7 C
Baku
Sunday, December 15, 2024

Qırğızıstanda üç illik fövqəladə vəziyyət elan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 1-dən ölkənin energetika sektorunda fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman verib. 

Fövqəladə vəziyyətin 2026-cı il dekabrın 31-dək qüvvədə olacaq. Fərmanda bildirilir ki, Qırğızıstanı iqlim şəraiti, Narın çayı hövzəsində su axınının aşağı səviyyəsi, eləcə də enerji istehlakında artımın üstələməsi fonunda istehsal güclərinin çatışmazlığı ilə bağlı olan enerji böhranından çıxarmaq üçün fövqəladə tədbirlərin görülməsi qərara alınıb.

Bundan başqa, ölkənin Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrindən istifadə üçün yararlı torpaq sahələrini müəyyən etmək tapşırığı verilib.

Son xəbərlər
Digər xəbərlər