Tonlarla pomidor sahələrdə qalıb çürüyür.
Bura Masallı rayonunun Sərçuvar və Viləş kəndləridir. Fermerlər sahələrdən yaxşı, bol məhsul əldə ediblər. Amma gəl ki, məhsulun satışı zəifdir. Alıcı olmadığından pomidorlar sahələrdə qalıb.
“Hazırda pomidorun 30 kq-lıq yeşiyi 3 manata satılır. Yəni pomidorun 1 kiloqramı 10 qəpiyə təklif edilir.”
Sakinlər bildirir ki, havaların qeyri-sabit keçdiyi vaxtlarda yağıntının çox olması da pomidora xeyli ziyan vurub.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, problemin yaranmasına əsas səbəb rayon ərazisində saxlama kameralarının, eləcə də kombinatın olmamasıdır.
Qeyd edilir ki, rayonda 2023-cü ildə 535 hektar ərazidə pomidor əkilib. Bu da keçən ilə nisbətən 10.5 hektar çoxdur.