11 C
Baku
Monday, November 25, 2024

SOCAR-ın yeni əməliyyat modeli təsdiq olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yeni əməliyyat modelini təsdiq edib.

Bu barədə SOCAR-dan məlumat verilib.

Şirkətin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2022-ci il büdcəsinin icrası və maliyyə-təsərrüfat fəaliyyəti barədə müzakirə aparılıb, ötən il şirkətin maliyyə göstəricilərinin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb. Həmçinin SOCAR-ın 2024-cü il və sonrakı 3 il üçün büdcə proqnozları ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda idarəetmə strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə yeni əməliyyat modeli təsdiq olunub.

Müşahidə Şurasının iclasında, həmçinin şirkətin 2023-cü ilin yarımillik fəaliyyəti üzrə nəticələr nəzərdən keçirilib, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xüsusda, xam neft və qaz kəşfiyyatı və hasilatı sahəsində effektivliyin artırılması, şirkətin “yaşıl enerji” istehsalında fəaliyyətinin gücləndirilməsi, innovativ və rəqəmsal texnologiyaların tətbiqi, biznes dayanıqlılığının və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlər və gələcək hədəflər barədə müzakirə aparılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər