2023-ci ilin yanvar-iyun ayında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 10.8milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir.
2022-ci ilin eyni dövründə isə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracdan gəliri 47.9 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 77.5% azalıb.