12 C
Baku
Tuesday, November 19, 2024

“PAŞA Bank” ekoloji layihələrdə aktiv tərəfdaşlığına görə mükafatlandırılıb

®Məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”, ekoloji layihələrdə aktiv iştirakına və bu istiqamətdə verdiyi töhfəyə görə mükafata layiq görülüb.

Mükafatlandırma mərasimi “Coca-Cola” şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” qeyri-kommersiya platformasının birgə əməkdaşlığı ilə təşkil olunan “Tullantısız Azərbaycan” tədbirində baş tutub. Tədbir zamanı Azərbaycanda həyata keçirilən ekoloji layihələr barədə məlumat verilib və bu layihələrin icrasında fəallığı ilə seçilən tərəfdaşların fəaliyyəti vurğulanıb.

eco terefdash3 sm

“PAŞA Bank”, təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn təşəbbüslərin aktiv iştirakçısı olaraq mükafatlandırılan qurumlardan biri olub.

Xatırladaq ki, Bank, ənənəvi olaraq keçirilən “Xəzəri qoruyaq” ekoloji aksiyasının, ağacəkmə layihələrinin və bir sıra digər təşəbbüslərin aktiv iştirakçılarındandır.

Son xəbərlər
Digər xəbərlər