Rusiya Afrika ölkələri ilə vizaların ləğvi məsələsi ilə məşğul olacaq.
Bu barədə Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiya-Afrika forumu çərçivəsində deyib.
“Rusiyanın Afrikaya qayıtması şüarı bizim fiziki, diplomatik, rəsmi mövcudluğumuzu nəzərdə tutur. Ona görə də biz bu məsələ ilə ölkələrlə məşğul olacağıq”, – o, müvafiq sualı cavablandırıb.