14 C
Baku
Saturday, November 23, 2024

İki kollec Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib

Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kolleci Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.

Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsindən irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin cari ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyətinin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Naxçıvan Tibb Kolleci üzrə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində davam etdiriləcək.

2024-cü ildən isə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 3-cü hissəsində qeyd olunan maliyyələşmə məsələlərini növbəti illərin Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin tərtibi prosesində nəzərə almalıdır.

Son xəbərlər
Digər xəbərlər