17 C
Baku
Sunday, October 13, 2024

Azərbaycanda IT şirkəti nazirlikdən ₼2.2 milyonluq sifariş alıb

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi iki tenderə görə “İnfinitech” MMC-yə 2 mln. 189.7 min manat ödəniş edəcək.

Banker.az xəbər verir ki, bununla bağlı aralarında bağlanan müqavilədə bildirilir.

Belə ki, “SAP sistemində İcmal Büdcənin icrası ilə bağlı yeni modulların əlavə edilməsi və digər proseslərin təkmilləşdirilməsi ilə bağlı  1 mln 386.77 min manat, “Yaşıl Dəhliz” prinsipinin tətbiqi və XİİS-ə daxil olan sistemlərdə mövcud proseslərin optimallaşdırılması üzrə işlərin satın alınması 802.97 min manatlıq tender müqaviləs bağlayıb.

2023-cü ilin iyununda da şirkətlə müqavilə imzalanmışdı.

“İnfinitech” MMC 2002-ci ildə yaradılıb, 250 020 manat nizamnamə kapitalı  var.

Şirkət Azərbaycanın İT şirkətlərindən biri olaraq, dövlət və özəl qurumlara innovativ həllər təklif edir.

Son xəbərlər
Digər xəbərlər