9 C
Baku
Sunday, November 17, 2024

“Azərenerji”nin uzunmüddətli kredit borcları ₼1 mlrd.-dan aşağı düşüb

Ölkənin elektrik enerjisi istehsalıçısı “Azərenerji” ASC ötən il kredit borclarının həcmini 1 mlrd. manatdan aşağı salıb.

Banker.az xəbər verir ki, 2022-ci ilin əvvəli 1 mlrd. 36.78 mln. manatlıq uzunmüddəti kredit borcları ilin sonuna 848.67 mln. manata düşüb.

Bu da son bir ildə borclarının 18% azaldılması deməkdir.

Şirkət 2022-ci ildə şirkət 25.27 mln. manat həcmində maliyyə xərci çəkib.

1 yanvar 2023-cü il tarixinə ümumi uzunmüddətli öhdəliklərinin həcmi 1 mlrd. 446 mln. manatdır.

Şirkətin son audit hesabatı geniş olmadığı üçün, orada kredit borclarının əsasən hansı təşkilatlara olduğunu açıqlamaq mümkünsüzdür.

Son xəbərlər
Digər xəbərlər