8 C
Baku
Sunday, December 1, 2024

Bank işinə dair Testlər Toplusu yeni redaktə olunmuş formatda təqdim edildi

Azərbaycanda İLK dəfə bank işinə aid demək olar ki, bütün sahələri əhatə edən tədris tipli testlər toplusunu cavab kartı ilə birlikdə, elektron kitab şəkilində, ödənişsiz əldə etmək imkanı.Screenshot 2023 08 07 at 19.33.33

Sizə təqdim edilən test suallarının tərtibatında nəzərdə tutulmuş əsas məqsəd qısa zamanda bank işinə aid lazımı qanunvericilik aktlarının xatirlaması və biliklərinizin yoxlamasına yardımçı olmaqdır. Testlərin tərtibatında doğru cavabı yox yalnış cavabı tapmanız istənilir, odur ki, doğru cavabı bildiyinizə əmin olduğunuz halda digər bəndləri də oxumağınız Sizə əlavə üstünlük qazandırır. Cavab kartında düzgün cavab, istinad olunan qanun və maddəsi həmçinin mənbəyə birbaşa keçid mövcuddur ki, mübahisəli hesab etdiyiniz bəndlərə vaxt itirmədən nəzər yetirəsiniz. İstinad mənbələrinin sonuncu yenilənmə tarixləri əlavə olaraq göstərilmişdir ki, testə nəzər yetirən şəxsdə yenilənmiş qanunlarla uyğunsuz cavablar olmasin və qanunvericilikdə dəyişiklər olduqca testləri yeniləmək asan və davamlı olsun.

05.08.2023-cü il tarixinədək qanunvercilikdə baş verən dəyişikliklər nəzərə alinmaqla testlər yenindən hazirlanmışdır. Hər birinizə uğurlar!

Qeyd 2: Bu yazıdakı bütün fikirlər, testlərin tərtibatı müəllifin şəxsi mülahizələri olub, işlədiyi təşkilata aid edilə bilməz. Tədris materialı qeyri-kommersiya məqsədi ilə hazırlanmışdır. Hal-hazırda internetdə bu qədər geniş mövzuları əhatə edən və yenilənmiş qanun və qaydalara istinad edən ödənişsiz , elektron testlər toplusu yoxdur.

İrad və təklifləriniz barədə mənə yazmağı unutmayın.

PDF faylda yüklə

Son xəbərlər
Digər xəbərlər