18 C
Baku
Monday, May 13, 2024

Norveç “Meta”nı cərimələməyə başlayacaq

Norveç tənzimləyicisi avqustun 14-dən etibarən “Meta” şirkətini məxfiliyin pozulmasına görə gündə 1 milyon Norveç kronu (98.5 min ABŞ dolları – Qeyd) məbləğində cərimələməyə başlayacaq.

Bu barədə Norveç İstifadəçi Məlumatlarının Mühafizəsi Agentliyinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Norveç tənzimləyicisi iyulun 17-də bildirib ki, şirkət aşkar etdiyi məxfilik pozuntularını aradan qaldırmasa, cərimələnəcək.

Cərimə noyabrın 3-dək tutulacaq. Norveç tənzimləyicisi Avropa Məlumatların Mühafizəsi Şurasına sorğu göndərərsə və krallıq orqanlarının qərarını təsdiq edilərsə, cərimə daimi ola bilər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər