Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği məlum olub.
Banker.az xəbər verir ki, Nazirlər Kabineti qərar qəbul edib. Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Belə ki, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması 1 kilometr üçün ƏDV daxil olmaqla 1.49 manat, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət avtomobilləri ilə müşayiət olunması 1 kilometr üçün ƏDV daxil olmaqla 1.68 manat və hərəkət marşrutunun müəyyən olunması üçün ƏDV daxil olmaqla 30 manat müəyyən edilib.







