6 C
Baku
Sunday, December 15, 2024

Milyonluq şirkətin kapitalı 48 faiz azaldılır

“BARBAROSSA” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azalıdır.

Banker.az xəbər verir ki, bu barədə “BARBAROSSA” MMC-nin (VÖEN: 310223338) elanında bildirilir.

Şirkətin nizamnamə kapitalı 1 071 116.97 manat əmlak dəyərindən 510 905.59 manat əmlak dəyərinə azaldıldığını elan edib.

Qeyd edək ki, “BARBAROSSA” MMC 4 may 2017-ci ildə 5 manat nizamnamə kapitalı ilə yaradılsa da, sonradan nizamnamə kapitalı milyonun üzərinə qaldırılmışdı. Hazırda onun rəhbəri Badri Turmanidzedir.

Son xəbərlər
Digər xəbərlər