2023-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 18 faiz artaraq 3 240.3 milyon manat olmuşdur.
Banker.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 487.9 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 76.8 faizini təşkil edib.
Bu ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 213,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 48,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.