2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana 164 milyon 685 min dollar dəyərində 578 min ton buğda idxal edilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsnin hesabatında bildirilir.
Ötən ilin 7 ayında Azərbaycana 154 milyon 660 min dollar dəyərində 430 min ton buğda idxal edilmişdir. İllik müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 6.5%, həcmi isə 34% artıb.
Azərbaycana 1 ton buğdanın orta idxal qiyməti 360 dollardan 285 dollara düşüb (75 dollar azalıb).