7 C
Baku
Sunday, December 15, 2024

Düyünün qiyməti bahalaşacaq – XƏBƏRDARLIQ

Dünyanın aparıcı düyü istehsalçısı olan Çində baş verən güclü yağış və daşqınlar səbəbindən qlobal düyü bazarlarında qıtlıq yarana bilər.

Bu barədə “Fitch Ratings” agentliyinin məlumatında bildirilib.

Agentliyin hesabatına əsasən, Çinin taxıl istehsal edən şimal-şərq bölgəsində güclü yağışlar düyünün dünya bazarındakı qiymətlərinə təsir edəcək.

Hesabata görə, Çində məhsulun həcmi az olarsa, ölkə düyü idxalını artıra bilər, bu da qlobal düyü qiymətlərinin bahalaşmasına yol açacaq.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının proqnozuna görə, dünyada düyü qiymətləri son 12 ilin ən yüksək səviyyəsinə çatıb.

Digər tərəfdən, Hindistanın keçən ay ağ düyü ixracını qadağan etdiyi və Taylandın fermerləri suya qənaət etməklə daha az düyü əkməyə çağırdığı üçün bu məhsulun qiymətlərinin artacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər