13 C
Baku
Saturday, November 23, 2024

Moldova “Qazprom”a borcunun ödənilməsi üçün müqavilə hazırlayır

Moldova “Qazprom”a tarixi borcun ödənilməsi üçün müqavilə hazırlayır.

Bu barədə Moldovanın energetika naziri Viktor Parlikov bildirib.

Nazirin sözlərinə görə, müqavilədə birbaşa ödənişlər əvəzində alternativ təkliflər yer alacaq, lakin təkliflərin mahiyyəti açıqlamayıb.

Parlikov onu da əlavə edib ki, bir müddət əvvəl Moldova “Qazprom”a olan borcun auditini başa çatdırıb, lakin hesabat hələlik konsernə təqdim edilməyib.

Qeyd edək ki, “Qazprom”un hesablamalarına görə, “Moldovaqaz”ın tarixi borcu 433 milyon dollar, ödənişlərin gecikməsi nəzərə alınmaqla isə 709 milyon dollar təşkil edir.

Moldova tərəfi borc məsələsinin həlli ilə razılaşsa da, sonradan auditin aparılmasının zəruriliyini bildirərək, “Qazprom”un irəli sürdüyü borc iddiasını qəbul etmədiyini bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər