11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda ən çox yeni iş yerləri hansı rayonlarda açılıb? – TAM SİYAHI

2023-cü ilin altı ayı ərzində ölkədə 38.9 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 93.4 faizi qeyri-dövlət sektorunda açılıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Yeni açılmış iş yerlərinin 81.9 faizi Bakı şəhərinin, 1 faizi Naxçıvan Muxtar Respublikasının, 17.1 faizi digər regionların, o cümlədən 3.2 faizi Abşeron-Xızı, 2.6 faizi Quba-Xaçmaz, 1.9 faizi Gəncə-Daşkəsən, 1.5 faizi Mərkəzi Aran, 1.5 faizi Şəki-Zaqatala, 1.4 faizi Qazax-Tovuz,
1.2 faizi Qarabağ, 1 faizi Şərqi Zəngəzur, 1 faizi Şirvan-Salyan, 0.8 faizi Lənkəran-Astara, 0.6 faizi Mil-Muğan, 0.4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

2023-cü ilin 1-ci yarımilliyində ölkənin rayon və şəhərlərində ən çox iş yeri Bakıda yaradılıb. Bakıda 31 854 iş yeri açılıb. Bakı şəhərində ən çox yeni iş yeri Nərimanov (6 699) və Nəsimi rayonunda (5 342) olub. Sonrakı yerləri Sumqayıt (671 iş yeri), Abşeron rayonu (565 iş yeri), Gəncə şəhəri (448 iş yeri), Xaçmaz (337 iş yeri), Qəbələ (335 iş yeri), Mingəçevir (330 iş yeri), Laçın (328 iş yeri) tutur.

Bu dövrdə say etibarı ilə ən az iş yeri Ucarda, Zəngilanda (1 iş yeri), Lerikdə, Qubadlıda (2 iş yeri) yaradılıb. Xızıda 11 iş yeri, Samuxda 10 iş yeri, Bakı şəhərinin Pirallah rayonunda 3 iş yeri, Naxçıvanın Şahbuz rayonunda 3 iş yeri yaradılıb.

s1 s22 s3

Son xəbərlər
Digər xəbərlər