14 C
Baku
Monday, May 13, 2024

BOS Shelf-in yeni rəhbəri təyin edilib

Neft-qaz sektorunda fəaliyyətdə olan “BOS Şelf” MMC-nin (BOS Shelf) rəhbəri təyin edilib.

Banker.az xəbər verir ki, Nazim Hüseynov şirkətin baş direktoru təyin edilib.

O, buna qədər bu vəzifədə müvəqqəti icraedici idi.

Xatırladaq ki, “BOS Şelf” MMC 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Star Gulf FZCO tərəfindən təsis edilmişdir, 2000 manat nizamnamə kapitalı var. Hazırda 90% səhm payı SOCAR-a məxsusdur. “BOS Şelf” dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər