10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda kredit təşkilatlarının kredit qoyuluşunda payı artıb

Bu il avqustun 1-nə Azərbaycanda kredit qoyuluşu 22 milyard 049.1 milyon manat təşkil edib.

Bu barədə Banker.az Mərkəzi Banka istinadən xəbər verir.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bunun 4 milyard 635.9 milyon manatı və yaxud 21%-i dövlət banklarının, 16 milyard 736.1 milyon manatı və yaxud 76%-i özəl bankların, 669.9 milyon manatı və yaxud 3%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.

Ötən ay ilə müqayisədə iyulda kredit qoyuluşunda özəl bankların 34.6 milyon manat(0.2% artım), dövlət banklarının isə payı isə 41.1 milyon manat (0.9% artım) artıb.

BOKT-ların kredit qoyuluşundakı payı bu ilin iyun ayının yekununda da 3% təşkil edib. Göründüyü kimi, BOKT-ların kredit qoyuluşunda payı dəyişməz qalıb.

Son xəbərlər
Digər xəbərlər