AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə uçmaq istəyənlərə müraciət etdi

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın artımı nəzərə alınaraq bu şəhərlər arasında səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletlərin öncədən əldə edilməsi tövsiyə olunur.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sərnişinlərə müraciətində bildirilir.

Bununla yanaşı, müraciətdə Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayının artırılaraq gündə 10 reysə çatdırıldığı da bildirilir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər