18 C
Baku
Friday, November 22, 2024

“Facebook” və “Instagram” yeni funksiyanı işə salır

“Meta” Avropa İttifaqının (Aİ) rəqəmsal xidmətlər haqqında qanununa uyğun dəyişikliklər edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Ona əsasən, böyük sosial platformaların istifadəçiləri tövsiyə alqoritmlərini deaktiv edə bilməlidir.

“Facebook” və “Instagram”dan başqa “AliExpress”, “Amazon”, “App Store”, “Bing”, “Booking.com”, “Google Play”, “Google Maps”, “Google Axtarış”, “Google Shopping”, “LinkedIn”, “Pinterest”, “Snapchat”, “TikTok”, “Twitter” (indi “X”), “Wikipedia”, “YouTube” və “Zalando” şirkətinə qarşı bu tələblər irəli sürülüb.

“Meta”ya görə, istifadəçilər yalnız izlədikləri insanların “Hekayələr” və “Reels” videolarına baxmaq imkanı əldə edəcəklər. Dəyişikliyin tam olaraq nə vaxt ortaya çıxacağı dəqiqləşdirilməyib. Xatırladaq ki, oxşar funksiyanı 2023-cü ilin iyulunda “TikTok” da işə salıb.

Son xəbərlər
Digər xəbərlər