19 C
Baku
Thursday, October 17, 2024

Türkiyə İraqla neft axınının yenidən başlaması üçün şərtlərini açıqlayıb

Türkiyə İraqla neft axınının yenidən başlaması üçün şərtlərini açıqlayıb.

Türkiyə ötən ay İraqın dövlət neft ixracat şirkəti olan SOMO ilə əlaqə saxlayıb və boru kəməri yenidən açılana qədər texniki baxışın tamamlanmalı olduğunu bildirib.

Qeyd edilib ki, boru kəmərində təmir işləri yenidən daşınmaya başlamazdan əvvəl tamamlanmalıdır.

“Qısa müddətdə razılığa gəlmək asan deyil, çox çətin məsələlər var. Neft axını yenidən başlamazdan əvvəl Türkiyənin tələbləri və şərtləri var, həll yolu üçün danışıqlar aparılmalıdır”,- deyə İraqın neft naziri Hayyan Əbdülqəni qeyd edib.

Qeyd edək ki, dünən İraq baş nazirinin enerji məsələləri üzrə müavini və neft naziri Türkiyəyə gəlib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər