Azərbaycanın yağ idxalçıları cari ildə Cənub-Şərqi Asiyadan xam palma yağının idxalını azaldıblar və qiymətlər 2022-ci ildən daha aşağıdır.
Banker.az xəbər verir ki, 2023-cü ilin ilk yarısında 23 818.1 ton həcmində xam palma yağı alıb.
Bu illik müqayisədə 12 839 ton və ya 35% azdır. İdxal dəyəri isə $29.3 mln. təşkil edib.
Azərbaycana idxal edilən xam palma yağının bir tonun orta $1 231-ə alınıb. Bu 2022-ci ildə 1 618$/ ton dəyərində idi. Bu da cari ildəki orta qiymətlərin 2022-ci ildən $386 və ya 24% ucuzdur.
Palma yağının 17 880 tonunu ($22.1 mln.) İndoneziyadan, 5 938 tonu ($7.22 mln.) Malayziyadan idxal edilib.
Qeyd edək ki, ötən il 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi şokundan sonra digər qida məhsulları kimi xam palma yağının qiyməti də tarixi rekord vurmaqla bir tonu Malayziya birjasında 8 000 malayziya ringgitini ötmüşdü və qiymətlər martından sonra iki dəfə ucuzlaşdı. Hazırda bir tonu isə 3860 ringit təşkil edir.
1 dollar = 4.65 malayziya ringgiti.