Böyük Britaniyanın energetika naziri Qrant Şepps müdafiə naziri təyin edilib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl Ben Uolles Böyük Britaniyanın müdafiə naziri vəzifəsini tərk edib.
“Çox düşündükdən sonra vəzifəmdən getmək qərarına gəldim”, – Ben Uolles deyib.
Keçmiş müdafiə naziri ölkənin Baş nazirinə və hökumətə istefası ilə əlaqədar dəstəyini davam etdirəcəyini vəd edib.