11 C
Baku
Monday, November 18, 2024

Rusiya ilk dəfə İslam bankçılığı sisteminə addım atdı

Rusiyanın 4 regionunda – Tatarıstan, Dağıstan, Çeçenistan və Başqırdıstanda, islam bankçılığın test rejimində tətbiqinə başlanıldı.

Bu barədə “Anadolu” Agentliyinə istinadən xəbər verilir.

Məlumata görə, bu bölgələrdə “birğə bankçılıq” kimi də tanınan islam bankçılığının “hüquqi prosesi” qanun qəbul olunandan sonra başlayıb.

Qanuna görə, sınaq müddəti 2025-ci il sentyabrın 1-dək davam edəcək və Rusiya Bankına regionların siyahısını genişləndirmək səlahiyyəti veriləcək.

Sınaq prosesinə qatılan qurumların, bu müddətdə faiz haqqı təyin etmək, tütün və spirtli içkilər istehsalı, silah və sursat kimi məhsulların ticarəti, qumarla bağlı fəaliyyətləri maliyyələşdirmək hüququ olmayacaq.

Qeyd edək ki, Rusiyada müsəlmanların sayının 10 il ərzində ümumi əhalinin 30 %-ni təşkil etməsi gözlənilir və ölkədə islam bankçılığı populyarlıq qazanır.

“Sberbank”ın baş vitse-prezidenti Oleq Qaneyev bildirib ki, islam ekosistem bazarının həcmi qlobal miqyasda 7,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər