10 C
Baku
Friday, December 13, 2024

Hacıqabul Sənaye Məhəlləsində indiyədək dəyəri 76 milyon manatdan çox məhsul istehsal edilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə olunur. 2022-ci ilin 1-ci yarısında Sənaye Məhəlləsində 5,2 milyon manatlıq məhsul istehsal edilibsə, bu ilin 1-ci yarısında 6 dəfədən çox (dəyəri 32,1 milyon manatdan artıq) məhsul istehsal olunub. İstehsal edilən məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilib.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, Sənaye Məhəlləsində indiyədək dəyəri 76 milyon manatdan çox məhsul istehsal edilib. Yüz nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 57,7 milyon manatdan çox olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Sənaye Məhəlləsinin rezidentləri minik avtomobillərinin, tikinti materiallarının, müxtəlif növ polad şurupların, taxta məhsullarının, plastik qabların və taraların istehsalı və s. sahələr üzrə ixtisaslaşıb.

Mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 32,3 milyon manat investisiyanın yatırılması, 390-dan artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər