“Citibank” ATM şəbəkəsindən istifadənin dayandırıldığını elan edib və 2023-cü ilin sonuna qədər Rusiyada olan bütün bankomatları sökməyi planlaşdırır, bu barədə kredit təşkilatının bəyanatında deyilir.
“Hörmətli müştərilər, nəzərinizə çatdırırıq ki, “Citibank”ın bankomatlarında xidmətin dayandırılması prosesinə başlanılıb. 2023-cü ilin sonuna qədər bütün bankomatlar söküləcək”, – açıqlamada deyilir.
“Citi Group” ötən ilin üçüncü rübündən bəri “Citibank”ı satmaq üçün uğursuz cəhdlərdən sonra Rusiyanın pərakəndə biznesini bağlamağa başlayıb. Proses təxminən 2.3 min işçini və 15 filialı əhatə edib.