10 C
Baku
Wednesday, December 11, 2024

Şahruddin karyerasını Türkiyə Superliqasında davam etdirəcək

Azərbaycan milli komandası və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

29 yaşlı qolkiperin Superliqa təmsilçisi “Adana Dəmirspor” klubu ilə 2+1 illik müqavilə bağladığı qeyd olunub.

Bildirilib ki, Türkiyə klubu keçid üçün “atlılar”a təzminat ödəməyəcək. Şahruddin Türkiyədə yerli futbolçu statusu ilə çıxış edəcək.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər