“Effektinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 2023-cü ildə ikinci dəfə artırılıb.
Banker.az xəbər verir ki, BOKT-nin nizamnamə kapitalı 100 000 manat və ya 11% artırılmaqla 1 000 000 manata çatdırılıb.
Qeyd edək ki, sonuncu dəfə də, BOKT-nin nizamnamə kapitalı 11% artırılmaqla 900 000 manata çatdırılmışdı.
Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalının 51%-i Fərid Köçərliyə, 47.5%-i isə Şirin Cavadova və 1.5%-i isə Elçin Niftiyevə məxsusdur.
BOKT “Effektinvest” MMC 2022-ci ili 2 milyon 864 min manat mənfəətlə başa vurub və bu 2021-ci ildən 14.2% azdır.