“Morgan Stanley” bankı varlı müştərilərə xidmət göstərmək üçün istifadə olunacaq süni intellektə əsaslanan çat-botu işə salacaq. “Reuters”in verdiyi məlumata görə, “ChatGPT” çat-botunun yaradıcısı olan “OpenAI” ilə əməkdaşlıqda hazırlanmış süni intellekt hazırda sınaqdan keçir.
Bank çat-botunun işçilər tərəfindən müştərilərlə ünsiyyət zamanı lazım ola biləcək lazımi məlumatları və ya sənədləri tez tapmaq üçün istifadə ediləcəyi planlaşdırılır. Agentlik qeyd edir ki, proqramın tam təsviri hələ bank tərəfindən təqdim edilməyib.
“Morgan Stanley”in sərvət və investisiya bölməsinin baş informasiya direktoru Sal Kukçara investisiya məsləhətlərinin bank işçilərinin özləri tərəfindən verilməyə davam edəcəyini vurğulayıb.
Bank və maliyyə sahəsində süni intellekt tətbiq edən və çat-botları işə salan və ya işə salmağa hazırlaşan digər iri şirkətlərə “JPMorgan Chase”, “Bank of America”, “Moody`s Analytics” daxildir.