1 C
Baku
Saturday, December 14, 2024

İspaniya Rusiya qazının ikinci ən böyük istehlakçısına çevrilib

İspaniya Rusiyanın təbii qazından daha çox asılı vəziyyətə düşüb, onun iyuldakı tədarükü keçən illə müqayisədə 65% artıb.

Bu barədə İspaniyanın Energetika və Ətraf Mühit Nazirliyinin bölməsindən bildiriblər.

Qeyd olunur ki, İspaniya bu ilin iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə 14% az qaz idxal etsə də, Rusiyadan idxalın iyul göstəricisində kəskin artım (65%) baş verib.

Nəticədə, Rusiya qazının ümumi idxalda payı (İspaniya tamamilə xarici qaza bel bağlayır) iyulda 28%-ə yüksəlib. Halbuki 2022-ci ilin eyni ayında bu göstərici 14,5% idi.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər