Apple Watch Series 9
“Apple” şirkəti 12 sentyabr 2023-cü il tarixində keçirilən təqdimatında yeni Apple Watch Series 9 saatını nümayiş etdirib. Model iki ölçüdə təqdim edilib – 41 mm və 45 mm. Cihazın əsas funksiyalarından biri jestlə idarəetmədir.
Saat yeni çip sayəsində saat nitqi 20% daha dəqiq başa düşür. İlk dəfədir ki, akkumulyatorda təkrar emal edilmiş kobaltdan istifadə edilib. Korpus təkrar emal edilmiş alüminium və qızıldan, həmçinin qalay və misdən hazırlanıb.
Yeniliyin qiyməti 399 dollardan başlayır.
Apple Watch Ultra 2
Apple Watch Ultra 2 modeli bir yükləmə ilə normal rejimdə 36, enerjiyə qənaət rejimində isə 72 saata qədər işləyir. 49 mm-lik ekranın parlaqlığı 3000 nit təşkil edir. O, birinci nəsil Apple Watch Ultra-dan 50% daha parlaqdır.
Eyni zamanda cihaz 40 metr dərinliyə qədər suya salına bilir. Yeniliyin qiyməti 799 dollardan başlayır.