“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Kəmalə-A” firması ilə 1.6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Füzuli rayonu, Dövlətyarlı kəndi ərazisində “Ağıllı kənd” layihəsinin 1-ci mərhələsi üzrə şaquli planlaşdırma və söküntü” işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1.591.194 manatdır.