1 C
Baku
Saturday, December 14, 2024

Blinken Quterreş ilə taxıl müqaviləsini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Onun sözlərinə görə, Blinken və Quterreş “bir çox məsələləri, o cümlədən Qara dəniz taxıl müqaviləsini”, Rusiya-Ukrayna müharibəsini və Haitidəki təhlükəsizlik məsələsini müzakirə ediblər.

“Onlar BMT Baş Assambleyasında ABŞ-ın prioritetlərini, o cümlədən BMT Nizamnaməsinin və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsiplərinə dəstək, 21-ci əsrin çağırışlarına cavab vermək üçün BMT-nin yenilənməsi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini müzakirə ediblər”, – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər