8 C
Baku
Friday, December 13, 2024

İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər təyin edilib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəhbər təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Fariz Cəfərov 4SİM-in baş icraçı direktoru təyin edilib. O, 2023-cü ilin aprelində bu qurumun rəhbərinə müavin kimi, iyulundan isə baş icraçı direktoru vəzifəsinin müvəqqəti icraedicisi təyin edilib. 2023-cü ilin aprelində

Bundan öncə 4SİM-in baş icraçı direktoru Tamerlan Tağıyev olub.

Daha öncələri isə, Elektron Hökumətin İnkişafı Mərkəzinin baş direktoru vəzifəsində, ADA Universitetində və ƏƏSMN-də müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər