17 C
Baku
Friday, October 18, 2024

đź”´Qarabağın ermÉ™ni sakinlÉ™rinin nĂĽmayÉ™ndÉ™ heyÉ™ti ilÉ™ Yevlaxda görĂĽĹź olub – YenilÉ™nib

14:42

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyir ki, Bakı sülh müqaviləsi layihəsini İrəvana təqdim edib və Ermənistan hakimiyyətinin reaksiyasını gözləyir.

***

13:59

Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk edib.

***

13:21

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

***

11:36

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.

650bf33e5bc54650bf33e5bc551695281982650bf33e5bc52650bf33e5bc53

***

10:09

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.

Onları Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir.

Azərbaycan tərəfi nümayəndələrlə Yevlaxda görüş keçirəcək.

***

09:41

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razı olan qarşı tərəf bu gün görüş Yevlax rayonuna gəlir.

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndə heyəti Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.
Nümayəndə heyəti artıq Ağdam rayonun keçib Yevlax şəhər istiqamətinə doğru hərəkət edir.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər