11 C
Baku
Thursday, May 16, 2024

“Silk Way Aviaşirkəti”nə cərimə protokolu yazılıb

“Silk Way Aviaşirkəti” MMC məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb Gömrük Qaydalari Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə protokol tərtib olunub.

İş Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin icraatına verilib.

Bildirək ki, həmin maddəyə əsasən, on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə – fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

Protokol təsdiq olunarsa, “Silk Way Aviaşirkəti” MMC min iki yüz manat məbləğində məbləğdə cərimə edilə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər